Sizin reklam burada
Sizin reklam burada
  • Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq

    Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirəcək.

    F qrupunda yer alan yığma İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

    Qeyd edək ki, Azərbaycan minifutbol millisi ilk turda Avstriya kollektivini 1:0 hesabı ilə məğlub edib. Komandamız hazırda 3 xalla F qrupuna başçılıq edir. Yığma qrupda son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ