Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa: Mövsümün sonuncu turu Qəbələdə start götürür

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – XXXIII turu start götürəcək.

    İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Turun açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı sınağa çəkəcək. Görüş saat 18:30-da başlayacaq.

    Turnir cədvəlində Şamaxı təmsilçisi 38 xalla 8-ci, Qəbələnin eyniadlı klubu isə 24 xalla 11-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” Premyer Liqadakı yerini qorumaq üçün I Liqada 2-ci yeri tutacaq (“Səbail” və ya “Mingəçevir”) komanda ilə pley-off oyunu keçirəcək.

    Qeyd edək ki, XXXIII tura mayın 24-də yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ