Sizin reklam burada
Sizin reklam burada
  • İngiltərə klubu UEFA Avropa Liqasının qalibi olub

    İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.

    Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.

    İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.

    Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb. İspaniyalı mütəxəssis daha əvvəl 3 dəfə ölkəsinin “Sevilya”, 1 dəfə isə “Vilyarreal” klubu ilə titula sahib çıxıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ