MLS təmsilçisi 1/4 finalda "Nyu-York Siti"ni 1:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
Görüşdə yeganə qol 59-cu dəqiqədə vurulub. Məhz azərbaycanlı hücumçunun ötürməsindən sonra Maksimilian Arfsten qapının uzaq küncünü dəqiq nişan alıb.
Meydana start heyətində çıxan Nəriman Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də keçiriləcək.
