Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Premyer Liqasında XXXII tur Yevlaxda start götürür

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.

    İlk oyun günündə 2 qarşılaşma keçiriləcək.

    Açılış matçı Yevlaxda təşkil olunacaq. Saat 17:00-da başlayacaq görüşdə Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Karvan-Yevlax” “Qəbələ”ni sınağa çəkəcək. Autsayderlərin duelini Rauf Cabarov idarə edəcək.

    Turnir cədvəlində Qəbələnin eyniadlı klubu 21 xalla 11-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

    Günün son oyununda “Kəpəz” Sumqayıtdakı “SOCAR Polimer Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 19:30-da start götürəcək.

    Hazırda 40 xalı olan Naxçıvan təmsilçisi 7-ci, 27 xalı olan Gəncə klubu isə 10-cu sırada yer alıb.

    Qeyd edək ki, XXXII tura mayın 16-17 keçiriləcək oyunlarla yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ