Sizin reklam burada
Sizin reklam burada
  • “Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub

    Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu başa çatıb.

    “Palms Sports Arena”da gerçəkləşən həlledici görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Masazır klubunun qollarını Patrik Mbina və Coy Lens Mikels vurublar. "Zirə"nin yeganə qoluna Eren Aydın imza atıb.

    Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Onlar, həmçinin ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olublar.

    Bununla da, Azərbaycanı növbəti mövsüm Avropa Liqasında ikinci yeri tutan komanda təmsil edəcək. Hazırda bu pillənin sahibi "Qarabağ"dır. Üçüncü və dördüncü yeri tutan kollektivlər Konfrans Liqasında iştirak edəcəklər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ