Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Kubokunda final oyunu: “Sabah” “Zirə”yə qarşı

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu ilə 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.

    Həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşacaq.

    “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

    Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

    Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ