27 ölkənin qatıldığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edib.
Hərəyə 8,5 xal toplayan Meksika şahmatçısı Joze Martines Alkantara və A. Süleymanlı yekunda 1-2-ci yerləri bölüşdürüblər. Azərbaycan milli komandasının üzvü əlavə göstəricilərə görə, turniri 2-ci pillədə başa vurub.
Digər şahmatçı Rauf Məmmədov isə 8 xalla 7-ci yeri tutub.
Qeyd edək ki, Qran-Pridə 581 şahmatçı mübarizə aparıb.
