“Detroyt Pistons” doğma meydanda “Klivlend Kavalyers”i 107:97 hesabı ilə məğlub edib. Hazırda seriyada “Detroit Pistons” 2:0 hesabı ilə öndədir. Komandalar arasında üçüncü görüş mayın 9-da “Klivlend”in meydanında keçiriləcək.
Digər görüşdə “Oklahoma Siti Tander” “Los-Anceles Leykers” üzərində inamlı qələbə qazanıb. Son çempion Kaliforniya təmsilçisini 125:107 hesabı ilə darmadağın edib. Hazırda seriyada “Oklahoma Siti Tander” 2:0 hesabı ilə öndədir. Komandalar arasında üçüncü oyun mayın 10-da gerçəkləşəcək.
