Sizin reklam burada
Sizin reklam burada
  • İranlı şahmatçı: İkinci dəfə “Baku Open”in qalibi olmaq çox gözəl hissdir

    Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Şərait əla idi. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm.

    Bu sözləri "Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının qalibi, iranlı Sina Movahed deyib.

    O, turnirdə çox sayda güclü şahmatçının olduğunu söyləyib: “Öz çıxışıma gəlincə, birinci yeri tutmağı bacardığıma görə sevinirəm. Çox gözəl hissdir. Artıq ikinci dəfədir “Baku Open”in qalibi oluram. Məqsədim ikinci dəfə bu uğura nail olmaq deyildi. Sadəcə yaxşı şahmat oynamaq istəyirdim. Çox xoşdur ki, bu mənim ikinci qələbəm oldu. Hazırda kifayət qədər yaxşı formadayam”.

    S.Movahed turnirdə mübarizə aparan Azərbaycan şahmatçılarının çıxışını yüksək qiymətləndirdiyini bildirib: “Düşünürəm ki, Azərbaycanın çox güclü komandası var, eyni zamanda, burada çoxlu istedadlı gənc şahmatçı yetişir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ