Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqasında növbəti finalçı bəlli olur

    Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq.

    Yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olacaq.

    “Alyans Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü portuqaliyalı FIFA referisi Joau Pineyru idarə edəcək. Komandaların ilk duelində Paris təmsilçisi 5:4 hesablı qələbə qazanıb.

    Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərənin “Arsenal” komandasının rəqibi olacaq. Həlledici görüş mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ