Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.
Onun sözlərinə görə, müstəqillikdən sonra, xüsusilə 2000-ci illərdən etibarən ölkədə idman infrastrukturu geniş şəkildə yenilənib:
“Bakı və regionlarda çoxsaylı olimpiya idman kompleksləri, stadionlar, idman zalları və təlim mərkəzləri inşa olunub. Nəticə etibarilə, bu, ölkədə idmanın inkişafına və gənclərin idmana cəlb olunmasına geniş şərait yaradıb. Bu prosesdən Azərbaycan Kikboksinq Federasiyası da kənarda qalmayıb və ölkədə idmanın kütləviliyinə səmərəli töhfəsini verib”, – deyə o bildirib.
Azər Aslanov kikboksinqə olan marağın hər keçən gün artdığını da vurğulayıb:
“Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi tədbirlər izdihamlı keçir. Bu da kikboksinqə olan marağı artırmaqla yanaşı, idmanın kütləviliyini də təmin edir. Federasiya minlərlə üzvü olan idman təşkilatına çevrilib”.
Bəradər Səməndərli
"Atributinfo.az"
