Sizin reklam burada
Sizin reklam burada
  • “BAKU OPEN” beynəlxalq turnirinə start verilib

    "Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyası-nın təşkilatçılığı ilə koşiki karate üzrə “BAKU OPEN” beynəlxalq turnirinə start verilib."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev deyib. O, əlavə edib ki, 1-3 may 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində “BAKU OPEN” beynəlxalq karate turniri keçirilir. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə baş tutur:

    "Yarışda Azərbaycan, Rusiya, Tunis, Yaponiya, Əlcəzair, Qazaxıstan və Gürcüstan daxil olmaqla bir sıra ölkələrdən 300-ə yaxın idmançı iştirak edir."- Ülvi Quliyev deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ