Sizin reklam burada
Sizin reklam burada
  • Füzulidə futbol bayramı: 62 qız yaşıl meydanda

    AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

    Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə 62 qız iştirak edib.

    Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əylənib, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

    Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçiləri, futbolçuları və assosiasiya nümayəndələri iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

    İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar.

    Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ