Yığma üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da, Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb.
U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.
