Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında mübarizəyə başlayırlar

    Bu gün Azərbaycanın iki qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.

    Elnurə Məmmədova (50 kiloqram) yarışa təsnifatdan, Günay Qurbanova (59 kiloqram) isə 1/4 finaldan başlayacaq.

    Onlar müvafiq olaraq, Aqata Marta Valerzak (Polşa) və Elena Heike Bruqqeri (Almaniya) sınağa çəkəcəklər.

    Bu gün, həmçinin yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

    Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ