Sizin reklam burada
Sizin reklam burada
  • UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

    UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

    Artıq hər iki turnirdə ilk yarımfinalçılar bəlli olub.

    Avropa Liqasında Almaniya "Frayburq"u ilk matçda 3 cavabsız qolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib - 3:1.

    Konfrans Liqasında isə Ukrayna "Şaxtyor"u Niderlandda "AZ Alkmaar"la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda 3:0 hesablı qələbə qazanmışdı.

    Beləliklə, bu nəticələrdən sonra "Frayburq" Avropa Liqasında, "Şaxtyor" isə Konfrans Liqasında yarımfinala yüksəlib.

    Qeyd edək ki, hər iki turnirdə digər oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ