Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

    Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək.

    İlk yarış günündə Azərbaycanın dörd çəki dərəcəsində 7 cüdoçusu tatamiyə çıxacaq.

    Kişilər

    60 kiloqram, 1/8 final

    Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) /Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

    Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

    66 kiloqram, 1/16 final

    Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

    Qadınlar

    48 kiloqram, 1/16 final

    Könül Əliyeva – Amber Gersyes (Niderland)

    Şəfəq Həmidova – Erza Muminoviç (Kosovo)

    52 kiloqram, 1/16 final

    Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

    Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

    Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 10:00-da, final isə 16:00-da başlayacaq.

    Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ