O, XXI əsrdə Avropanın Top-5 liqalarında çıxış edən klublar arasında bir mövsümdə 25 məhsuldar ötürmə edən ilk fransalı oyunçu olub.
O, bu göstəriciyə ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəldikləri matçda imza atıb.
Əvvəlki rekord 2011/2012-ci illər mövsümündə 24 məhsuldar ötürmə ilə Frank Riberiyə məxsus idi.
Qeyd edək ki, “Bavariya” və “Real Madrid” arasında cavab oyunu aprelin 15-də Münxendə keçiriləcək.
