Günün ilk oyununda “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:30-da başlayacaq.
Digər görüşdə isə kubokun son sahibi “Sabah” "Qarabağ"ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.
