Bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi zamanı deyib.
O, bu layihənin uşaq futbolçuların fərdi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib: “Gələcəkdə bu sistemin daha geniş miqyasda, yəni müxtəlif yaş qrupları və liqalar üzrə tətbiqi nəzərdə tutulur. Növbəti iki il ərzində Avropalı skautlar oyunçuların məlumatlarını izləyə biləcək və azərbaycanlı futbolçuları öz komandalarına cəlb edə biləcəklər. Bu da öz növbəsində gənc oyunçuların Avropaya getməsi üçün önəmli şərait yaradacaq”.
