Sizin reklam burada
Sizin reklam burada
  • FIFA turniri: Azərbaycan - Sent Lüsiya matçının hakimləri bəlli olub

    Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

    Görüşün baş hakimi Giorgi Kruaşvili olacaq. Ona yan xətt hakimləri Levan Varamişvili və Giorgi Elikaşvili kömək edəcəklər. 4-cü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

    Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ