Sizin reklam burada
Sizin reklam burada
  • Nəriman Axundzadə MLS-də debüt edib, komandası uduzub

    Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edib.

    21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun "Toronto" ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.

    Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

    Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ