Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub

    UEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşlərinə yekun vurulub.

    Türkiyənin “Qalatasaray” komandası səfərdə “Liverpul”un qonağı olub. Qarşılaşma İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə bitib.

    Bu gün baş tutan dörd görüşün nəticəsinə əsasən 4 komanda - "Barselona", "Bavariya", "Liverpul" və "Atletiko" 1/4 finala vəsiqəni təmin edib.

    UEFA Çempionlar Liqası

    1/8 final mərhələsi, cavab oyunları

    "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə) - 7:2

    İlk oyun - 1:1

    "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 4:0

    İlk oyun - 0:1

    "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) - 4:1

    İlk oyun - 6:1

    "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2

    İlk oyun - 2:5.

    Qeyd edək ki, daha əvvəl PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala yüksəliblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ