Sizin reklam burada
Sizin reklam burada
  • Superliqa: "Fənərbağça" doğma meydanda böyük hesablı qələbə qazanıb

    Futbol üzrə Türkiyə Superliqasında XXVII tura start verilib.

    Açılış oyununda "Fənərbağça" evdə "Qaziantepspor"la qarşılaşıb. İstanbul təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:1.

    Ev sahibi komandanın heyətində Dorjeles Nene het-trik edib, digər qolun müəllifi Nqolo Kante olub. Qonaqlardan isə Aleksandru Maksim fərqlənib.

    Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ