Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqası: “Qalatasaray” Liverpul”a qarşı

    Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşlərinə yekun vurulacaq.

    “Barselona” evdə “Nyukasl”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

    Türkiyənin “Qalatasaray” komandası isə səfərdə “Liverpul”un (İngiltərə) qonağı olacaq. Bu qarşılaşma gecə saat 00:00-da start götürəcək.

    UEFA Çempionlar Liqası

    1/8 final mərhələsi, cavab oyunları

    18 mart

    21:45. "Barselona" (İspaniya) - "Nyukasl” (İspaniya) (ilk oyun - 1:1)

    00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (ilk oyun - 0:1)

    00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) (ilk oyun - 6:1)

    00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) (ilk oyun - 2:5).

    Qeyd edək ki, daha əvvəl PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala yüksəliblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ