Sizin reklam burada
Sizin reklam burada
  • NBA-da 63 illik rekord yenilənib

    ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) 63 illik rekord yenilənib.

    “Oklahoma Siti Tander” komandasının basketbolçusu Şey Gilces-Aleksander ötən gecə “Boston Seltiks”lə keçirilən qarşılaşmada tarixi nailiyyətə imza atıb.

    Kanadalı oyunçu bu görüşdə 20 xal səddini keçməklə ardıcıl 127-ci matçda 20-dən çox xal toplayan ilk basketbolçu olub. Bununla da o, 63 il qüvvədə qalan və ABŞ-nin əfsanəvi basketbolçusu Uilt Çemberlenə məxsus olan 126 oyunluq göstəricini yeniləyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ