Sizin reklam burada
Sizin reklam burada
  • İtaliya A seriyası: Derbidə "Milan" qələbə qazandı

    İtaliya A seriyasında 28-ci turun növbəti oyunu keçirilib.

    AZƏRTAC xəbər verir ki, turun mərkəzi oyunu "San-Siro" stadionunda baş tutub. "Milan" "İnter"i qəbul edib. Tarixə 246-cı derbi ilə yazılan bu oyunda müdafiəçi Pervis Estupinan diqqət mərkəzinə düşüb.

    Onun 35-ci dəqiqədə vurduğu qol sayəsində şəriksiz lider "İnter" büdrəyib. Qələbə sayəsində xalını 60-a çatdıran "Milan" "İnter"lə xal fərqini 7-ə endirib. Tura bu gün keçiriləcək "Latsio" – "Sassuolo" oyunu ilə yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ