Sizin reklam burada
Sizin reklam burada
  • Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb

    Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb.

    Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) bildirilib ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri də qatılıblar.

    Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionata martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ