Sizin reklam burada
Sizin reklam burada
  • Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

    Bu gün Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatına start veriləcək.

    “Şahdağ” Turizm Mərkəzində keçiriləcək yarışda Azərbaycanı 5 idmançı təmsil edəcək.

    Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.

    Martın 8-dək davam edəcək qitə birinciliyinin açılış mərasimi saat 09:00-da başlayacaq.

    Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ