Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ”ın futbolçusu Çempionlar Liqasında Radamel Falkaonun rekordunu təkrarlayıb

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu (3:2) bir sıra statistik göstəricilərlə yadda qalıb.

    Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran Çempionlar Liqasının bir mövsümündə 5 qol vuran 2-ci kolumbiyalı oyunçu olub. Daha əvvəl bu nəticəni 2016/2017-ci illər mövsümündə Radamel Falkao Fransanın “Monako” klubunun heyətində göstərib.

    “Nyukasl” isə pley-off mərhələsi matçında ilk 6 dəqiqə ərzində 2 qol vuran üçüncü komanda olub. Buna qədər həmin göstəriciyə yalnız İspaniyanın “Valensiya” (2000-ci ildə 1/4 finalda “Latsio”ya qarşı) və Almaniyanın “Borussiya Dortmund” (2014-cü ildə 1/8 finalda “Zenit”ə qarşı) kollektivləri imza atıb.

    Bundan başqa, “Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun ilk 10 dəqiqəsində ümumilikdə 4 qol vuran ilk komanda kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilk matçda 3-cü və 8-ci, cavab görüşündə isə 5-ci və 6-cı dəqiqələrdə fərqlənib. Bu, turnirin tarixində indiyədək qeydə alınan ilk belə göstəricidir.

    “Nyukasl”ın qələbəsi ilə cari mövsümdə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn İngiltərə klublarının sayı 6-ya çatıb. Bunlar “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”dir. Bu göstərici turnirin bu raundu üçün bir ölkə üzrə rekord hesab olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ