Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat alıb

    Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.

    Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, o, bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos” və İtaliyanın “Numia Milano” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

    Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ