Sizin reklam burada
Sizin reklam burada
  • “Zirə” Rəşad Sadıqovun başçılığı altında yubiley qələbəsini qazanıb

    “Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini qazanıb.

    Bu, “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib. “Qartallar” Misli Premyer Liqasının XX turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib.

    Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağına çıxan komanda 100-cü dəfə qələbəyə sevinib. Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ