Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa: “Sabah” 50-ci, “Turan Tovuz” 25-ci ev qələbəsini qazanıb

    “Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

    Peşəkar Futbol Liqasından bildirilib ki, bu, Misli Premyer Liqasının XIX turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

    Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

    2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

    Bundan başqa, bu turda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

    Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

    Qeyd edək ki, “Turan Tovuz” 2022/2023-cü illər mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ