Sizin reklam burada
Sizin reklam burada
  • “Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubuna keçib

    Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.

    Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

    Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da “L’Equipe” qəzeti futbolçunun maaşın azaldılması səbəbindən klubla yollarını ayırdığını yazıb.

    Karyerası ərzində “Lion” və “Real Madrid”də çıxış edən Benzema 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, Fransa millisinin heyətində 97 oyunda 37 qol vurub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ