Sizin reklam burada
Sizin reklam burada
  • Toral Bayramov: Oyun istədiyimiz kimi getmədi

    Çox çətin səfər idi. Düşünürəm ki, burada bütün klublar çətinlik çəkir”.

    Bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Toral Bayramov “Liverpul” komandası ilə oyundan sonra AZƏRTAC-a açıqlamasında deyib.

    Futbolçu qeyd edib ki, qarşılaşma istədikləri kimi alınmayıb:

    “Bu gün həm sevindirici, həm də üzücü anlar yaşadıq. Oyun istədiyimiz kimi getmədi. Amma 1/16 mərhələsinə vəsiqə qazandıq. Buna görə sevincliyik”.

    Toral Bayramov vurğulayıb ki, komanda qarşıdakı mərhələdə ölkəni layiqincə təmsil etməyə çalışacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ