Sizin reklam burada
Sizin reklam burada
  • NBA: Türkiyəli basketbolçunun komandasından ardıcıl üçüncü qələbə

    ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib.

    Türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “San-Antonio Spörs”ə 111:106 hesabı ilə qalib gəlib. Bu, komandanın müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsi olub.

    Hazırda qonaqlar Qərb Konfransının turnir cədvəlində 2-ci, ev sahibləri isə 4-cüdür.

    Matçların nəticələri

    “Filadelfiya” - “Finiks Sanz” – 110:116

    “Hyuston Rokets” - “San-Antonio Spörs” – 111:106

    “Qolden Steyt-Uorriorz” – “Toronto Reptors” – 127:145

    “Sakramento” - “Mayami Hit” – 117:130

    “Çikaqo Bullz” - “Los-Anceles Klippers” – 138:110

    “Yuta Caz” – “Minnesota” – 127:122

    “Denver Naqqets” - “Los-Anceles Leykers” – 107:115.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ