Sizin reklam burada
Sizin reklam burada
  • Kilian Mbappe “El Klasiko”da oynaya bilər

    "Real Madrid"in futbolçusu Kilian Mbappe İspaniya Superkubokunun final matçında "Barselona"ya qarşı oynaya bilər.

    Bu barədə "kral klubu"nun baş məşqçisi Xabi Alonso turnirin yarımfinalında "Atletiko"ya 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransında açıqlama verib.

    İspaniyalı mütəxəssisin sözlərinə görə, fransalı hücumçu 24 saat ərzində Səudiyyə Ərəbistanına gələcək: "Kilian hazırda özünü yaxşı hiss edir və onun finalda oynamaq şansı yüksəkdir".

    Qeyd edək ki, Kilian Mbappe dizindəki ağrılara görə La Liqada "Betis" və Superkubokda "Atletiko" ilə oyunları buraxıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ