Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ” mövsümün ikinci hissəsinin hazırlığına start verib

    “Qarabağ” 2025/2026-cı illər mövsümünün ikinci hissəsinin hazırlığına start verib.

    Bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.

    Ağdam təmsilçisi hazırlıq planının ikinci mərhələsini yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.

    Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqiblərin adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ