Sizin reklam burada
Sizin reklam burada
  • Argentinalı futbolçunun üzündə iflic aşkarlanıb

    Argentina millisinin və Meksikanın "Monterrey" klubunun futbolçusu Lukas Okamposun üzünün sol tərəfində iflic aşkarlanıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    İflicin virus mənşəli fəsadlar nəticəsində yarandığı ehtimal olunur. 31 yaşlı yarımmüdafiəçiyə ilkin olaraq 7 günlük istirahət verilib. Bu müddətdən sonra o, müayinədən keçəcək və nəticələr əsasında məşqlərə qayıdışla bağlı qərar veriləcək.

    Qeyd edək ki, Lukas Okampos 2024-cü ildən "Monterrey"in heyətində çıxış edir. Futbolçu bu mövsüm 21 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ