Bu barədə “Spor” saytı məlumat yayıb.
Bu, Ronaldonun 2009-cu ildə “Real Madrid”də çıxış etdiyi mövsümdən bəri ilk belə haldır. Portuqaliyalı futbolçu 2025-ci ildə bütün turnirlər üzrə 41 qol vurub. O, sonuncu qolunu çərşənbə axşamı Səudiyyə Ərəbistanı Premyer Liqasında səfərdə “Əl-İttifaq”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda qeyd edib.
40 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi olub. O, milli komandasının, Çempionlar Liqasının, Avropa çempionatının və Klublararası Dünya Kubokunun tarixində ən çox qol vuran futbolçudur. 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə transfer olunan Ronaldo karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib. O, eyni zamanda “Real Madrid” tarixinin ən çox qol vuran oyunçusudur.
