Sizin reklam burada
Sizin reklam burada
  • “Qalatasaray”ın sabiq vitse-prezidenti mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılıb

    Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində 14-ü futbolçu olmaqla, 29 nəfər barəsində saxlanma qərarı verilib.

    Həmin şəxslər arasında “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur da yer alır.

    Məhkəmənin qərarına əsasən, şübhəli şəxslərin ifadələrinin alınması və istintaqın genişləndirilməsi məqsədilə əməliyyat tədbirləri davam edir.

    Rəsmi mənbələrin verdiyi məlumata görə, əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.

    Hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, 6 şübhəli ötən mövsüm baş tutan “Kasımpaşa”–“Samsunspor” oyununun nəticəsini manipulyasiya etmək ittihamı ilə tutulub.

    Hazırda istintaq tədbirləri davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ