Sizin reklam burada
Sizin reklam burada
  • Afrika Millətlər Kuboku start götürüb: Bu gün daha 2 oyun keçiriləcək

    Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib.

    Açılış oyununda turnirə ev sahibliyi edən Mərakeş millisi Komor adaları yığması ilə qarşılaşıb. A qrupunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

    Bu gün turnirdə daha iki qarşılaşma keçiriləcək. A qrupunda Mali Zambiyanı, B qrupunda isə Cənubi Afrika Respublikası Anqolanı sınağa çəkəcək. Görüşlər, müvafiq olaraq, Bakı vaxtı ilə saat 18:00 və 21:00-da başlayacaq.

    Qeyd edək ki, Afrika Millətlər Kubokuna 2026-cı il yanvarın 18-də yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ