Sizin reklam burada
Sizin reklam burada
  • Karate üzrə ölkə çempionatı və birinciliyi keçirilir.

    18–21 dekabr tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə karate üzrə ölkə çempionatı və birinciliyi keçirilir.

    "Atributinfo.az" xəbər verir ki, 18 dekabr tarixində başlayan yarışlar ayrı-ayrı üslublar üzrə 21 dekabr tarixində yekunlaşacaq. İlk gün – 18 dekabrda idman karatesi (WKF) üzrə yarışlar keçirilib. 19 dekabr tarixində isə kyokuşin karate üslubları üzrə yarışlara start verilib və eyni zamanda çempionatın rəsmi açılış mərasimi baş tutub.

    Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, nazirliyin əməkdaşları, Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyev, federasiyanın rəsmi şəxsləri və vitse-prezidentlər iştirak ediblər.

    Dekabrın 20-də ənənəvi karate üslubları üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. Bu çərçivədə ənənəvi karate, fudokan və şito-ryu üslubları üzrə yarışlar təşkil olunacaq. 21 dekabr tarixində isə aşihara və koşiki karate üslubları üzrə qarşılaşmalar baş tutacaq.

    Qeyd edək ki, bu yarışların nəticələrinə əsasən Azərbaycan Karate Federasiyasının 2026-cı il üçün milli komandaları formalaşdırılacaq. Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 1000-ə yaxın karateçi mübarizə aparacaq.

    Bəradər
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ