Sizin reklam burada
Sizin reklam burada
  • “Ayaks”ın iki futbolçusu “Qarabağ”a qarşı oynamaya bilər

    Niderlandın “Ayaks” komandasının futbolçusu Kennet Teylorun UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı oynamağı sual altındadır.

    Bu barədə Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçinin meydana çıxıb-çıxmamağı həkimlərin qərarından asılı olacaq.

    K.Teylorla yanaşı, “Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da sıradan çıxıb. "Fortuna" ilə görüşdə (3:1) zədə alan 33 yaşlı futbolçunun Ağdam klubuna qarşı oynayıb-oynamayacağı hələlik bəlli deyil.

    Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ