Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibinin matçı yarımçıq dayandırılıb

    Futbol üzrə Niderland çempionatının XIV turunda keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

    Buna azarkeşlərin “Amsterdam Arena”da təşkil edilən matçda meydana fişəng və digər alışqan maddələr atması səbəb olub.

    Baş hakim 13-cü dəqiqədə matçı dayandırıb. Qarşılaşma dekabrın 2-də azarkeşsiz baş tutacaq.

    Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ