Sizin reklam burada
Sizin reklam burada
  • Braziliyalı futbolçu Azərbaycan çempionatında 100-cü oyununu keçirib

    “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

    Braziliyalının yubileyi XIII tura təsadüf edib.

    O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.

    Cənubi amerikalı oyunçu Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.

    Qeyd edək ki, Premyer Liqada debütü 2021/2022-ci illər mövsümünə təsadüf edən F. Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ