Sizin reklam burada
Sizin reklam burada
  • Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur

    Bu gün Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına yekun vurulacaq.

    Gəncə İdman Sarayında təşkil olunan turnirin üçüncü günündə final yarışları keçirilir.

    Gimnastlar həlledici mərhələdə qarışıq cütlük, fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər.

    Ötən gün komanda hesabında mükafatçılar bəlli olub. Gənclər yaş kateqoriyası üzrə 1-ci yerdə İspaniya, 2-ci yerdə İtaliya, 3-cü yerdə Rumıniya, 15 yaşadək idmançılar arasında 1-ci yerdə Macarıstan, 2-ci yerdə Ukrayna, 3-cü yerdə Litva komandası yer alıb.

    Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ