Sizin reklam burada
Sizin reklam burada
  • "Neftçi" basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

    "Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq.

    Paytaxt təmsilçisi I qrupda Polşanın "Trefl" klubu ilə üz-üzə gələcək.

    Soport şəhərində yerləşən “Sopot Centennial” İdman Zalında keçiriləcək matça Bakı vaxtı ilə saat 21:15-də start veriləcək.

    Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını "Kalev/Kramo" (Estoniya) və "Bursaspor" (Türkiyə) komandalarına qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ