
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib. “Bu gün tarixi bir gündür. Girovlar azad edildi: qeyri-adi nailiyyət, beynəlxalq diplomatiyanın əzmkarlığının bəhrəsi və ABŞ Prezidenti Donald Trampın sülh planının birinci hissəsinin həyata keçirilməsi. İndi yeni mərhələ - atəşkəs rejiminin möhkəmləndirilməsi, davamlı sülh və sabitlik gələcəyinin qurulması üçün razılaşmanın tam yerinə yetirilməsi başlayır. İtaliya sülhün sözlərlə deyil, əməllərlə qurulduğunu bilərək bu prosesi inamla dəstəkləməyə davam edəcək”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, bu gün Misirdə müxtəlif ölkələrin rəhbərlərinin iştirakı ilə Qəzzada sülh planına dair sammit keçiriləcək.